Prezidentin Polad Həşimovun qızı ilə dialoqu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Prezident İlham Əliyev forumda iştirak edib.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, forumda dövlət başçısı gənclərin suallarını da cavablandırıb.
Ölkə rəhbərinə müraciət ünvanlayanlar arasında Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun qızı, Azərbaycan Tibb Universitetinin birinci kurs tələbəsi Aybəniz Həşimova da olub.
“Sizi görmək fürsətindən istifadə edərək, şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə sizə təşəkkür etmək istəyirəm”, - A.Həşimova qeyd edib.
“Milli Qəhrəmanımız müharibədən əvvəl öz canını vətən uğrunda fəda etmişdir. Qəhrəmancasına həlak olmuşdur. Müharibədən əvvəl Qəbələ şəhərində olarkən yoldan keçirdim, bir çox tədbirlər vardı. Gördüm ki, bir binanın üzərində onun portreti asılıb. Mən maşını dayandırdım, gəldim onun portreti önündə Azərbaycan xalqına həm onun haqqında, həm də gələcək haqqında öz sözlərimi dedim”, - Prezident deyib.
Oxşar xəbərlər
Bu gün doğum günü olan şəhidlər - FOTO
Vətən müharibəsində canlarından keçərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edən qəhrəman şəhidlərimizdən 14 nəfərin bu gün doğum günüdür. BAKU.WS Vətən mühari...