Prezidentin işdən azad etdiyi icra başçısı kimdir ? - DOSYE
05
okt
2018
17:30
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev V.İ.Abdullayevin Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS vəzifəsindən azad edilmiş icra başçısı ilə bağlı bəzi məlumatları oxuculara təqdim edir: Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı Abdullayev Vaqif İdris oğlu 1956-cı il tarixdə Ermənistan SSR-in Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır. 2007-ci ildə Azərbaycan Respubliksı Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilmişdir. Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvüdür.1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan “Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləmişdir.II çağırış Milli Məclisin deputatı olmuşdur. 02.04.2007-ci il tarixdən Xızı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib ,10.04.2012-ci il tarixdən Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Ölkə Prezidenti cənab İlham Əliyev Vaqif İdris oğlu Abdullayevi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdir. Əsərləri rus, ingilis, latış, gürcü, ukrain dillərinə tərcümə olunmuşdur. Elmi tədqiqatları:Heydər Əliyev və Azərbaycan diplomatiyası, neft strategiyası, milli şüur, siyasi mədəniyyətin təkmilləşdirilməsi problemlərinə həsr olunmuşdur.Əsərləri:Millət ideyası: siyasi aspekt-Bakı 1998O, böyük siyasətə hazırdır-Bakı 1999Azərbaycan yeni diplomatiya məkanında-Bakı 2000Müstəqilliyimizin strategiyası-Bakı 2002Sülh və sabitlik Prezidenti-Bakı 2004Planetar təfəkkürlü lider-Bakı 2007 BAKU.WS
Oxşar xəbərlər
Prezident İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
Prezident İlham Əliyev V.İ.Abdullayevin Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki...