Prezident İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsini təsdiqləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev İcbari Tibbi Sığorta Fondunun (İTSF) 2026-cı il büdcəsini təsdiqləyib.
BAKU.WS xəbər verir ki, gələn il İTSF-nin büdcə xərclərinin 2 milyard 621,5 milyon manat (bu illə müqayisədə 10,9 % az) olması proqnozlaşdırılır.
Xərclərin 1 milyard 976 milyon manatının Fondun gəlirlərinin (23,2 % az), 645,5 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (74,5 % çox) hesabına qarşılanması nəzərdə tutulur.
2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 900 milyon manatı və yaxud 2,2 %-i İTSF-yə ayırmaların payına düşəcək. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 36,5 % azdır.
Oxşar xəbərlər
Oksana Rəsulova: "Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı"
"Qapqara" verilişinin yeni buraxılışının qonağı aktrisa Oksana Rəsulova olub. Sənətçi uşaqlıqdan aktrisa olmaq istəsə də, valideynlərinin məsləhəti ilə tibb təh...