Polisə əlavə səlahiyyət verilir: Hakimin qərarı olmadan ...
Azərbaycanda hakimin qərarı olmadan baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə yeni səlahiyyətlər verilməsi nəzərdə tutulur.
Moderator.az xəbər verir ki, Milli Məclisin məlumatına görə, bununla bağlı "Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinə əlavə və dəyişikliklər təklif edilir.
Layihəyə əsasən, qanunvericilik ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxslərin yaxalanması üçün də binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə biləcəklər.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
BAKU.WS
Oxşar xəbərlər
Sürücülük vəsiqəsinin alınması qaydaları dəyişəcək
Azərbaycanda "CE”, "D”, "DE” kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi qaydaları dəyişdirilir. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, b...