Peşə təhsili diplomunun tanınması üzrə xidmət haqları müəyyənləşib

Peşə təhsili diplomunun tanınması üzrə xidmət haqları müəyyənləşib
Sosial 146

Nazirlər Kabineti “Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”ni təsdiq edib.

BAKU.WS xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği aşağıdakı kimidir:

Sıra №-si

Xidmətin adı

Ödənilən haqqın

məbləği

(manatla)

1.

Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş biliklərin qiymətləndirilməsi üçün müvafiq ixtisas üzrə test imtahanının keçirilməsi

100

2.

Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bacarıq, səriştə və təcrübənin müvafiq ixtisasın təhsil proqramının (kurikulumun) bir modulu üzrə qiymətləndirilməsi

80

3.

Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsinin və tanınmasının nəticəsi olaraq verilmiş peşə təhsili sənədinin (diplom, sertifikat) itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsi

20

Bildirilib ki, “Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ödəniləcək haqların məbləğləri”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasının təmin etmək məqsədilə qəbul edilmişdir.

Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması ölkəmizin təhsil sistemində yeni bir sahə olduğundan, bu sahədə yüksək bilik və bacarıqlara malik peşəkar ekspertlərin prosesə cəlb edilməsinə xüsusi zərurət vardır. Yerli əmək bazarında bu yeni sahə üzrə yüksəkixtisaslı kadrların çatışmazlığı və ən əsası, prosesin dövlət təhsil sənədinin verilməsi ilə nəticələnməsindən doğan həssaslıq, sahə üzrə ixtisaslaşmış xarici şirkətlərin, o cümlədən xarici mütəxəssislərin bu prosesə cəlb edilməsini labüd edir.

Beynəlxalq standartlara əsasən göstərilən xidmətin dəyərinin müəyyən edilməsi üçün həmin xidmətin göstərildiyi zaman sərf olunan birbaşa və dolayı xərclər, qiymətləndirmə zamanı müvafiq texniki avadanlıqlar olmadığı təqdirdə avadanlıqların icarəsinə sərf olunan xərclər, eləcə də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin işçilərinə vəzifə maaşlarına əlavələrin verilməsi və mükafatlandırma sisteminin tətbiq edilməsi ilə əlaqədar xərclər nəzərə alınmışdır.

Yuxarıda göstərilən xərc istiqamətləri nəzərə alınmaqla peşə təhsilinə dair qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş biliklərin müvafiq ixtisas üzrə qiymətləndirilməsi və tanınması üzrə bir xidmətin haqqı 100 manat məbləğində, peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bacarıq, səriştə və təcrübənin müvafiq ixtisasın təhsil proqramının (kurikulumun) bir modulu üzrə qiymətləndirilməsi üzrə bir xidmətin haqqı 80 manat məbləğində müəyyən edilmişdir.

Eyni zamanda peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsinin və tanınmasının nəticəsi olaraq təkrar peşə təhsili sənədinin (diplom, sertifikat) itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsi üzrə bir xidmətin haqqı 20 manat məbləğində müəyyən edilmişdir.

Son xəbərlər