Paytaxtın bu ünvanında təhlükəli vəziyyət aradan qaldırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
"1 iyul 2025-ci il tarixində BAKU.WS-dən daxil olmuş müraciət tərəfimizdən araşdırılıb".
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən BAKU.WS-ə bildirilib.
Qeyd edilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ərazisində yolun hərəkət istiqamətində ağırtonnajlı nəqliyyat vasitələrinin hərəkəti nəticəsində rabitə quyusunun ətrafında çöküntü yaranıb. 2 iyul 2025-ci il tarixində təmir işləri nəticəsində problem aradan qaldırılıb.
Xatırladaq ki, Nəsimi rayonu,Cavadxan küçəsində yolun ortasında qoyulan quyunun kənarı deşilmişdi. Hadisə ilə bağlı BAKU.WS-in "qaynar xətti"nə müraciət edilmişdi.
Hadisə "Bakıda daha bir "ölüm quyusu" - İnsanların həyatı təhlükədədir" adlı yazıda işıqlandırılmışdı.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Pnevmoniya ilə bağlı 5 yanlış fikir: Həkimlər həqiqətləri açıqladı
Pnevmoniya haqqında cəmiyyətdə geniş yayılmış bir sıra yanlış təsəvvürlər var. Bu xəstəliyin yalnız bakteriyalar səbəbindən yarandığı, mütləq yüksək hərarətlə m...