Bakıda daha bir "ölüm quyusu" - İnsanların həyatı təhlükədədir
Bakıda daha bir ərazidə yolda çökmə baş verib.
Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilib ki, Nəsimi rayonu,Cavadxan küçəsində yolun ortasında qoyulan quyunun kənarı deşilib. Bu da ətrafda olan insanlar üçün ölüm təhlükəsi yaradır.
"Hər gün gedib-gəldiyimiz yol bu vəziyyətdədir. Dəfələrlə demişik, tədbir görən yoxdur", - deyə vətəndaş qeyd edib.
Məlumat daxil olan kimi dərhal BAKU.WS olaraq araşdırma apardıq. Məlum oldu ki, sözügedən quyu rabitə quyusudur.
Məsələ ilə əlaqədar aidiyyatı quruma məlumat verildi. Ümid edirik ki, Bakıda daha bir insan quyuya düşüb, həyatını itirməyənə qədər problem həll edilər.
Xatırladaq ki, yunun 26-da 27 yaşlı Cümşüd Cümşüdlü Binəqədi rayonu, "Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşmüşdü. Onun nəşi 2 gün sonra tapıldı.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Avtomobillər səkini ZƏBT ETDİ - piyadalar çətinlik çəkirlər
Bakıda səkinin nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi ilə bağlı şikayət daxil olub. BAKU.WS-in "qaynar xətt"inə ünvanlanan müraciətdə qeyd olunur ki, Əbd...