"Paytaxtda kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb" - Bakı Şəhər İcra Hakimiyyətindən AÇIQLAMA
Bakıda intensiv yağıntılar səbəbindən bəzi ərazilərdə subasma halları müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri və aidiyyəti təsərrüfat strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
Qeyd olunub ki, gün ərzində normadan xeyli artıq yağan yağış kollektor sistemlərinin yüklənməsinə səbəb olub və nəticədə bəzi ərazilərdə suyun kənarlaşdırılmasında çətinliklər yaranıb.
Məlumata görə, subasma müşahidə olunan ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim olunur.
Aidiyyəti qurumlar tərəfindən yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Oxşar xəbərlər
Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - Sədr AÇIQLADI
"Bakı Metropoliteni" QSC-nin "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərlə birləşdirilməsi bütün avtobus və taksi xidmətlərini əhatə etmir". BAKU.WS xəbər verir...