“Özbaşına KT-dən keçmək lazımsızdır, şüalanmadır”

“Özbaşına KT-dən keçmək lazımsızdır, şüalanmadır”
Sosial 154

“Özbaşına kompüter tomoqrafiyasından keçmək effektsiz və lazımsız prosedurdur, özünü şüalandırmadır”.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə cərrah Rauf Qasımov Səhiyyə Nazirliyinin stasionar şəraitdə COVID-19-un müalicəsi ilə bağlı canlı yayımda bildirib.

O qeyd edib ki, ağciyərlərin KT müayinəsi həkim tərəfindən təyin olunmalıdır: “Yoluxmaların çox səbəbi də insanların azca narahatlıq olan kimi qaçıb KT-dən keçmələridir. Başlanğıc mərhələdə ciyərlərdə əlamət olmaya bilər.

Yalnız həkim məsləhət bildiyi halda xəstəni o müayinəyə göndərilməlidir. Çünki rentgenoloji müayinə kifayət qədər yüksək radiasiya ilə müşayiət olunur.

Koronavirusa yoluxan xəstənin digər – qanın ümumi analizində gedən dəyişikliklər, laxtalanma, hərarət və digər göstəricilər əsasdır”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər