Öz ərizəsi ilə işdən çıxanlar üçün VACİB XƏBƏR - VİDEO

Öz ərizəsi ilə işdən çıxanlar üçün VACİB XƏBƏR - VİDEO
Video
Sosial 710

Gələcəkdə işdən öz ərizəsi ilə çıxanlara da sosial müavinət verilə bilər. Bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.

BAKU.WS xəbər verir ki, iclasda "media haqqında" yeni qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. Müzakirə edilən başqa məsələlər də olub.

Milli Məclisin plenar iclasında keçirilən müzakirələrdə parlamentin komitə sədri Musa Quliyev deyib ki, pandemiya dönəmində 327 min insan işdən çıxıb. Ancaq bu müddətdə 400 minə yaxın insan da işə götürülüb.

O bildirib ki, gələcəkdə öz ərizəsi ilə işdən çıxan vətəndaşların da sosial müavinət almasına çalışılır.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə "Büdcə sistemi haqqında" və "Dövlət borcu haqqında" qanunlara təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı bildirib ki, dövlət başçısı ölkənin iqtisadi müstəqilliyinin qorunması və gücləndirilməsi üçün tapşırıqlar verib.

Tahir Mirkişili büdcə qaydası ilə xərclərdə yuxarı hədlərin müəyyən edildiyini də diqqətə çatdırıb.

"Media haqqında" yeni qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə ilə bağlı danışan millət vəkili Vahid Əhmədov medianın hardan maliyyələşəcəyinin qanunda əksini tapmadığını bildirib. O, həmçinin media qurumlarının reyestrinin sənəddə məcburi olmasına ehtiyac olmadığını vurğulayıb.

"Media haqqında" qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər