Övladınız məktəbdə qaydaları pozursa... - Valideynlərə XƏBƏRDARLIQ

Övladınız məktəbdə qaydaları pozursa... - Valideynlərə XƏBƏRDARLIQ
Sosial 152

"Uşaqlıqda davranış pozuntusu olan hər bir uşaq böyüyəndə riski artmış olur. Bu risk isə düzgün müdaxilə, mühit və dəstək sayəsində kəskin şəkildə azaldıla bilər".

Bu barədə Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin psixoloqu Nigar Əhmədova BAKU.WS-ə açıqlamasında bildirib.

Davranış pozuntusu nədir və gələcək üçün nə deməkdir?

Məsələ ilə bağlı psixoloq bildirib ki, davranış pozuntusu uşaq və yeniyetmələrin ardıcıl, təkrar şəkildə qaydaları pozması, aqressiya göstərməsi, yalan danışması, oğurluq etməsi, qaydalara tabe olmaması kimi hallarla xarakterizə olunur.

Övladınız məktəbdə qaydaları pozursa... - Valideynlərə XƏBƏRDARLIQ

"Tədqiqatlar göstərir ki, müalicə olunmayan ağır davranış pozuntusu olan uşaqlarda gələcəkdə antisosial davranışların, riskli davranışların, asılılıqların və bəli, cinayət davranışlarının artma ehtimalı var.

Amma bu determinist deyil. Yəni mütləq baş verəcək demək deyil", - deyə mütəxəssis bildirib.

Davranış pozuntusu müalicə olunmasa nə kimi risklər artır?

Nigar Əhmədovanın sözlərinə görə, çoxlu uşaqlar terapiya, valideyn dəstəyi və mühit dəyişiklikləri ilə tamamilə normal və sağlam yetkinlərə çevrilir. Həkim deyir ki, müdaxilə olmadıqda aşağıdakı problemlər daha çox rast gəlinə bilər:

Məktəb qaydalarının pozulması

Maraq qruplarında neqativ təsir (pis dost çevrəsi)

Maddə istifadəsinə meyillilik

Ailədən uzaqlaşma və münaqişələr

Nigar Əhmədova sonda onu vurğulayıb ki, davranış pozuntusu gələcəkdə risk yarada bilər, amma qəti hökm deyil:

"Problemi erkən tanımaq və müdaxilə etmək çox hallarda uşağın həyat yolunu tamamilə dəyişir.

Müalicə olunmayan hallarda risklər artır, amma yenə də bu, hər dəfə cinayət davranışı demək deyil".

Ziya SƏCCAD

Son xəbərlər