Ötən ay 21 aptekdə yoxlama keçirilib

Ötən ay 21 aptekdə yoxlama keçirilib
Sosial 3

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi ötən ay 21 aptekdə yoxlama keçirib, 1-də nöqsan aşkarlanıb.

Bu barədə BAKU.WS-ə mərkəzdən məlumat verilib.

Bildirilib ki, noyabr ayı ərzində Bakı şəhəri üzrə 17 planlı və 3 plandan kənar, respublikanın digər şəhər və rayonlarında isə 1 aptekdə plandan kənar olmaqla, ümumilikdə 21 aptekdə planlı və plandan kənar yoxlamalar aparılıb.

Yoxlamalar zamanı 1 aptekdə nöqsan aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi ( aptek təşkilatlarına dair tələblərin pozulmasına görə) üzrə protokol tərtib edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər