Operativ Qərargah üzvündən əhaliyə XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
"Koronavirus xəstələrinə ilk günlər antibiotik təyini xəstənin sağalmasına mane olur".
BAKU.WS xəbər verir ki, bu sözləri "Xəbər Ertəsi"nə Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.
Onun sözlərinə görə, virus fazasında bu dərmanlar əks göstərişdir: "Yəni reanimasiyada istifadə olunan bu dərmanlar yalnız immune fazanın son mərhələsində ağır xəstələri xilas üçün tətbiq edilir. Bu dərmanları ilk gündən istifadə etmək ciddi həyati təhlükə yaradır".
R.Mahmudov əlavə edib ki, bütün bunlar reanimasiyalarda ağır xəstələrin artmasına da gətirib çıxarır: "Bunun ölkə və ailə üçün maddi yükünü, psixoloji təsirlərini nəzərə alaraq bu məsələyə laqeyd yanaşa bilmərik".
Oxşar xəbərlər
Qadağa yoxdur: özəl klinikalar koronavirus xəstələrini müalicə edəcəkmi?
Azərbaycanda koronavirusa yoluxan xəstələrin sayı durmadan artır. İndi ölkədə 19 mindən çox insan bu virusa yoluxub, onlardan 241 nəfər dünyasını dəyişib. Hazır...