Ömər Eldarov: "Mənə göstərilən diqqət və dəstəyə görə Mehriban Əliyevaya təşəkkür edirəm"

Ömər Eldarov: Mənə göstərilən diqqət və dəstəyə görə Mehriban Əliyevaya təşəkkür edirəm
Sosial 5

A-A+ 0:00 / 0:40 x1

Görkəmli heykəltaraş Ömər Eldarovun vəziyyəti yaxşılaşıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Qafqazinfo"ya heykəltaraş özü məlumat verib.

99 yaşlı akademik hazırda evdə müalicəsini davam etdirdiyini və özünü daha yaxşı hiss etdiyini bildirib.

"İndi özümü nisbətən yaxşı hiss edirəm. Bir neçə günə tam sağalacağam. Mənə göstərilən diqqət və dəstəyə görə Heydər Əliyev Fonduna və hörmətli Mehriban Əliyevaya səmimi təşəkkürümü bildirirəm. Çox sağ olsunlar ki, mənə yardım etdilər", - deyə Ömər Eldarov əlavə edib.

Qeyd edək ki, Ö.Eldarov ötən gün xəstəxanaya yerləşdirilmişdi. O, müayinələrdən keçdikdən sonra evə buraxılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər