Ölkədə Hepatit A təhlükəsi var? - Nazirlikdən əhaliyə VACİB ÇAĞIRIŞ

Ölkədə Hepatit A təhlükəsi var? - Nazirlikdən əhaliyə VACİB ÇAĞIRIŞ
Sosial 168

Son dövrlər əhali arasında Hepatit A və digər yoluxucu xəstəliklərə yoluxma ilə bağlı respublikanın regionlarından heç bir məlumat daxil olmayıb.

Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verilib.

Qeyd olunub ki, kanalizasiya sularının daşması və insanların çirklənmiş su ilə təması yoluxucu xəstəliklərin (Hepatit A, dizenteriya, salmonellyoz və parazitar xəstəliklər) yayılma riskini əhəmiyyətli dərəcədə artırır.

"Hepatit A virusu əsasən çirklənmiş su və qida, eləcə də təmiz yuyulmamış əllər vasitəsilə (fekal-oral yolla) ötürülür və qapalı kollektivlərdə (məktəblər, bağçalar) sürətlə yayıla bilir. Alovlanmalar adətən çirkab suları ilə çirklənmiş və ya kifayət qədər təmizlənməmiş suyun istehlakı ilə əlaqələndirilir. Məişət səviyyəsində isə əl gigiyenasına düzgün əməl edilməməsi yoluxmaya gətirib çıxarır".

Mərkəz Heaptit A virusu riski ilə əlaqədar əhaliyə çağırış edib və bir sıra qaydalara əməl etmək tövsiyə olunub:

"Xəstəliyin əlamətləri üzə çıxdıqdan sonra ilk 14 gün ərzində infeksiyanın digər insanlara keçməməsi üçün təmasdan çəkinmək və mütləq həkimə müraciət etmək vacibdir.

Əhaliyə yalnız qaynadılmış və ya qablaşdırılmış sudan istifadə etmək, şəxsi gigiyena qaydalarına ciddi riayət etmək, əlləri tez-tez yumaq və qida məhsullarını təmiz (qaynadılmış) su ilə yuduqdan sonra istehlak etmək tövsiyə olunur".

Banu Hüseynli

Son xəbərlər