Ölkədə bir gündə 50 mindən çox insan vaksin olundu

Ölkədə bir gündə 50 mindən çox insan vaksin olundu
Sosial 177

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir.

Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 507 038, ikinci mərhələ üzrə isə 3 102 902 nəfər təşkil edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər