Ölkədə vahid məktəbli forması tətbiq olunacaq - VİDEO

Ölkədə vahid məktəbli forması tətbiq olunacaq - VİDEO
Video
Sosial 2464
Vahid məktəbli forması bütün məktəblərdətətbiq oluna bilər. Bu Milli Məclisin Elm və Təhsil Komitəsində bu gün müzakirə olunan "Ümumi Təhsil Haqqında" qanun layihəsində öz əksini tapıb. Komitə sədri İsa Həbibbəyli bəzi kateqoriyadan olan şagirdlərə məktəbli formalarının dövlət hesabına verilə biləcəyini bildirib.İsa Həbibbəyli onu da qeyd edib ki, əvvəllər 9-cu və 11-ci sinfi bitirməyən şəxslərə attestatdan başqa heç bir təhsil sənədi verilmirdi. Ancaq yeni qanun layihəsində məktəbdə neçə sinif oxumasından asıl olmayaraq arayış veriləcəyi qeyd olunub. Bu isə bu qəbildən olan şəxslərin işləməsi ilə bağlı önəmli sənədlərdən biri olacaq.Layihədəki önəmli məqamlardan biri isə budur ki, 9-cu sinifdən sonra məktəblərdə təmayül qruplarının yaradılması nəzərdə tutulur. Bu addımın məqsədi şagirdlərin ali məktəblərə hazırlığına dəstək olmaq və onların repetitorlara olan ehtiyacını məktəb daxilində təmin etməkdir.Sənəddəki vacib məqamlardan biri isə xarici vətəndaşlar tərəfindən yaradılan özəl məktəblərlə bağlıdır. Belə məktəblərin direktor müavini mütləq azərbaycanlı olmalıdır. Bundan başqa bu məktəblərin müəllim heyətinin 50 faizindən çoxunu da yerli kadrlartəşkil etməlidir. Layihə bəyənilərək milli məclisin plenar iclasına tövsiyyə olunub.BAKU.WS

Son xəbərlər