Oğlundan danışan Zülfiyyə Bayramova: "Dizlərini yerə qoyub, döşəməni silirdi"
Yeniliklərdən dərhal xəbərdar olun
ARB telekanalında yayımlanan "Günə Bax" verilişində təsirli anlar yaşanıb.
BAKU.WS xəbər verir ki, verilişin aparıcılarından biri Zülfiyyə Bayramova bir zamanlar əziyyət çəkdiyi onkoloji xəstəlikdən danışıb.
O qeyd edib ki, həyatının ən çətin anlarında oğlu Nahid ona dəstək olub. Ev işlərinə üzərinə götürüb:
"Həkim mənə demişdi ki, sənə infeksiya düşərsə sağalmayacaqsan. Həyatla vidalaşacaqsan. 15 yaşlı oğlum mətbəxdə mənə yemək bişirirdi. Dizlərini yerə qoyaraq döşəməni silirdi".
Xatırladaq ki, Zülfiyyə Bayramova tanınmış aparıcı İlqar Mikayıloğlu ilə evlidir.
Oxşar xəbərlər
Rəhbərlərə 3 600, müavinlərə 3 115 manat maaş veriləcək
Dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan dövlət adından yaradılan və dövlə...