NİİM sürücülərə MÜRACİƏT ETDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
Mərkəzdən BAKU.WS-ə daxil olan müraciətdə deyilir:
"Müqəddəs Qurban bayramı münasibətilə sabahdan ölkəmizdə ardıcıl 4 qeyri-iş günü olmasını, paytaxt sakinlərinin şəhər ətrafı kənd və qəsəbələrə, eyni zamanda bölgələrə səfər sayının artacağını nəzərə alaraq, bu gün axşam saatlarından etibarən şəhərin mərkəzi küçə və prospektlərində, eləcə də şimal, cənub və şərq giriş-çıxış yollarında sıxlığın olacağı ehtimal edilir. Bu səbəbdən, şəxsi minik avtomobilləri və avtobus sürücülərinə yollarda səbr və təmkinlə davranmağı, yol hərəkəti qaydalarına riayət etməyi və sıxlıqda qalmamaq üçün hərəkət iştirakçılarına səyahət vaxtını mümkün qədər yollardakı vəziyyətə uyğun planlaşdırmağı tövsiyə edirik.
Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Facebook və İnstagram sosial şəbəkə hesablarından, Avto FM radiosu və Telegram kanalından yollardakı cari vəziyyət haqqında məlumatları mütəmadi olaraq əldə edə bilərsiniz.
Qurban bayramınız mübarək".
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...