"Nestle"nin uyğunsuzluq aşkarlanan uşaq qidaları Azərbaycana idxal edilməyib
"Nestle" şirkəti tərəfindən körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bəzi qida məhsulları ilə bağlı ehtiyat tədbiri xarakterli geriçağırma qərarı qəbul edilib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Birləşmiş Krallıq ərazilərində "SMA", "BEBA", "ALFAMINO", "Pre NAN" və bir neçə digər ticarət nişanı altında istehsal olunan məhsulların müəyyən partiyaları dövriyyədən geri çağrılıb.
Qeyd edilib ki, buna səbəb istehsal prosesi zamanı məhsulların "Bacillus cereus" bakteriyası mənşəli "Sereulid" toksini ilə çirklənmə ehtimalıdır.
"Dünya ölkələri üzrə hazırkı məlumatlara əsasən, ümumilikdə geri çağrılmış 123 məhsul partiyası Azərbaycan Respublikasının ərazisinə idxal edilməyib: "Ehtiyat tədbiri olaraq "Nestle" şirkəti tərəfindən istehsal edilən və hazırda ölkə ərazisində satışda olan digər məhsul partiyalarından nümunələr götürülərək həmin göstərici üzrə müayinələrə cəlb edilib. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Bakının bəzi ərazilərində işıq olmayacaq
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə BAKU.WS-ə "Azərişıq" ASC-dən məlumat verilib. "İyunun 23-də Yasamal Rayon...