Nazirlikdən hava ilə bağlı AÇIQLAMA - Sonuncu dəfə 9 il əvvəl...
29
may
2018
15:56
"Bakıda və Abşeron yarımadasında may ayında havanın sərin keçməsi bu ay üçün o qədər səciyyəvi deyil".BAKU.WS xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai təşkilatla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.Sektor müdirinin sözlərinə görə, dünən Bakıda və Abşeron yarımadasında havanın temperaturu çoxillik iqlim normasından 3 dərəcəyə qədər aşağı olub:"Ümumiyyətlə, son illər üçün bu, o qədər də səciyyəvi bir temperatur göstəricisi deyil. Çünki son 10-15 il ərzində may ayında anomal isti üstünlük təşkil edib".U.Tağıyeva hazırda qeydə alınan aşağı temperaturun may ayı üçün rekord göstərici olmadığını da açıqlayıb.Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında mayın 28-də gecə 13-15, gündüz 24-27, bu gün isə gecə 14-16, gündüz 19-23 dərəcə isti qeydə alınıb.BAKU.WS
Oxşar xəbərlər
Builkindən də isti keçən yanvar ayları olub - Nazirlik
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu ilki qış mövsümünün indiyədək olan dövrü ərzində müşahidə edilən hava şəraitinin qış üçün xarakterik olub-olmam...