Builkindən də isti keçən yanvar ayları olub - Nazirlik

Builkindən də isti keçən yanvar ayları olub - Nazirlik
Şou-biznes 1114
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu ilki qış mövsümünün indiyədək olan dövrü ərzində müşahidə edilən hava şəraitinin qış üçün xarakterik olub-olmamasına aydınlıq gətirib.BAKU.WS xəbər verir ki, ETSN-in Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev özəl olaraq Trend-ə deyib ki, bu qış dağlıq ərazilərdə şaxtalı hava müşahidə edilsə də, Bakıda və Abşeron yarımadasında hələ şaxtalı hava müşahidə edilməyib: "Bu il yanvarda Bakıda gündüz saatlarında 7-10 dərəcə isti qeydə alınıb ki, bu da iqlim normasına yaxın və ondan bir qədər yüksəkdir".A.Verdiyev bildirib ki, Bakıda və Abşeron yarımadasında bu ilkindən də isti keçən yanvar ayları qeydə alınıb: "Son 20 il ərzində ən isti yanvar ayı 2004-cü ildə olub. Həmin il yanvar ayının I ongünlüyündə orta aylıq temperatur iqlim normasından 2,4 dərəcə yüksək olub. İsti yanvar ayları 2005, 2007, 2011, 2013, 2014, 2015-ci illərdə də qeydə alınıb. Bakıda və Abşeron yarımadasında bu il qeydə alınan temperatur aşağı olmasa da, qış üçün xarakterikdir. 2013-cü ildə yanvar ayında gündüz saatlarında 15-19 dərəcə isti, 2015-ci ildə isə 15 dərəcə isti qeydə alınıb".A.Verdiyev son 20 il ərzində ən soyuq yanvar ayının 2008-ci ildə qeydə alındığını da söyləyib.BAKU.WS

Oxşar xəbərlər

Son 14 ildə hələ belə isti olmamışdı

Son 14 ildə hələ belə isti olmamışdı

Azərbaycanda 2003-cü ildən sonra ilk dəfə olaraq, bu ilin sentyabr ayında uzun müddətli isti hava şəraiti müşahidə edilir.BAKU.WS bildirir ki, bunu Trend-ə Ekol...

3389 Şou-biznes 11:26 20 sentyabr 2017

Son xəbərlər