Nazirlik Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçdi
07
avq
2018
14:56
Avqustun 22-23-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi gücləndirilmiş iş rejiminə keçib.BAKU.WS trend-ə məlumatına görə, bunu nazir müavini İlham Quliyev bildirib.Nazir müavini deyib ki, bazarlara daha sağlam heyvanların satışa çıxarılmasına nəzarət olunacaq: "Müəyyən iş adamlarına müraciət edilib ki, bayram ərəfəsində satışa sağlam heyvanlar çıxarılsın. Çalışırıq ki, Qurban bayramının yüksək səviyyədə təşkil edilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi ilə birgə fəaliyyət göstərək".Qeyd edək ki, bayramda ət kəsiminə nəzarəti Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir - Nazir ƏMR imzaladı
Ramazan bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq. BAKU.WS Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər ve...