Azərbaycanda yeni ət kəsim mərkəzləri yaradılacaq
06
iyn
2018
12:05
Qida Təhlükəsizliyi Agentliyi iş adamlarına müraciət edib. Müraciətdə bildirilir ki, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir.Ona görə də, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında ət kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür.Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün ət kəsimi məntəqələrinin əhalinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik normalara uyğun formada fəaliyyətini həyata keçirməsi zərurəti meydana çıxır. Hazırkı şəraitdə bu sahədə səliqə-səhmanın yaradılması üçün sanitar gigiyenik tələblərə cavab verən mərkəzləşmiş ət kəsimi məntəqələrinin yaradılmasına ehtiyac var.BAKU.WS xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi bu barədə müraciət edib. Müraciətdə bildirilir ki, bu istiqamərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün lazım olan bütün köməkliklər həyata keçiriləcək.Ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçiriləcək və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunacaq. Agentliyin müraciətində deyilir ki, insanların sağlam qida məhsulları ilə təmin olunması, qida təhlükəsizliyi şəraitində yaşaması sosial rifahı təşkil edən əsas amillərdən biridir."Yeni ət kəsim məntəqələrinin yaradılması və həmin kəsim məntəqələrinin xidmətlərindən istifadə olunması sahəsində hər birinizi müasir, günün tələblərinə cavab verən sahibkarlıq fəaliyyətinə dəvət edir, bu istiqamətdə tövsiyə xarakterli yardımların göstərilməsinə hazır olduğumuzu bildiririk".BAKU.WS
Oxşar xəbərlər
Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub.Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən "APA-Economics"...