Bakıda ucuz qurbanlıq heyvanların satıldığı ÜNVANLAR

Bakıda ucuz qurbanlıq heyvanların satıldığı ÜNVANLAR
İqtisadiyyat 3166
Bakıda Qurban bayramı ilə əlaqədar satış yarmarkaları keçiriləcək.Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 1-də səhər saat 9:00-dan etibarən Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhərində təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.Yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan DKTİM MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq.Qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil olunacaq:Nərimanov rayonu- Əliyar Əliyev küçəsi 26 Keşlə bazarının yanı;Xətai rayonu- "Nargilə" kafesinin yanı;Səbail rayonu-Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 8 ( Parkın yanı )Yasamal rayonu- Şərifzadə küçəsi 196 "İdeal" şadlıq sarayının həyəti;BAKU.WS

Oxşar xəbərlər

Bayramın ən ucuz bazarlarının ünvanları açıqlandı (SİYAHI)

Bayramın ən ucuz bazarlarının ünvanları açıqlandı (SİYAHI)

Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların...

2011 Sosial 16:46 06 mart 2017

Son xəbərlər