Bayramın ən ucuz bazarları (SİYAHI)
Novruz bayramı ilə əlaqədar Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə 12-20 mart tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakının müxtəlif rayonlarında və Sumqayıt şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarını təşkil edəcək.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin mütəxəssislərindən ibarət işçi qrupları yarmarkalara təhkim olunaraq satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, istehlak üçün yararlı olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər.
Eyni zamanda yarmarkalarda satılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.
Yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq:
Bakı şəhəri üzrə:
- Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı
- Nərimanov rayonu, Keşlə bazarının ərazisi;
- Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası
- Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı
- Binəqədi rayonu , Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.
Sumqayıt şəhəri üzrə (2 yerdə):
-12-ci mikrorayon
-köhnə avtovağzalın yanı
Abşeron rayonu üzrə:
- Xırdalan qəsəbəsi (Şahmat məktəbinin yanı)
BAKU.WS
Oxşar xəbərlər
Nazir müavini: "Əsas gücü bizdə olmayan məhsulların istehsalı sahəsinə yönəltməliyik"
"Kənd təsərrüfatı sahəsində tədbirlər bu il də davam edəcək. Məqsədimiz odur ki, ölkəmizi bütün növ kənd təsərrüfatı məhsulları ilə daxili istehsalat hesabına t...