Bayramın ən ucuz bazarlarının ünvanları açıqlandı (SİYAHI)

Bayramın ən ucuz bazarlarının ünvanları açıqlandı (SİYAHI)
Sosial 2011

 

Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 16-19 martda 4 gün müddətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:

Bakı şəhəri üzrə:

Xətai rayonu:

-Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı

Nərimanov rayonu:

-Keşlə bazarının ərazisi;

Səbail rayonu:

-Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

Suraxanı rayonu:

-Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı

Binəqədi rayonu :

-Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

Sumqayıt şəhəri üzrə (2 yerdə):

-12-ci mikrorayon

-köhnə avtovağzalın yanı

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

BAKU.WS

Oxşar xəbərlər

Bakının ən ucuz bazarlarında ərzaq qiymətləri (FOTO)

Bakının ən ucuz bazarlarında ərzaq qiymətləri (FOTO)

Yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına tələbatı artıb. BAKU.WS-in məlumatına görə, Yeni ildə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Kə...

2240 Sosial 17:25 26 dekabr 2016

Son xəbərlər