Bakının ən ucuz bazarlarında ərzaq qiymətləri (FOTO)

Bakının ən ucuz bazarlarında ərzaq qiymətləri (FOTO)
Sosial 2238

 

Yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına tələbatı artıb.

BAKU.WS-in məlumatına görə, Yeni ildə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Kənd Təsərüffatı Məhsullarının Satış Yarmarkaları təşkil olunur. Biz də bayram ərəfəsində bu yarmarkalara baş çəkərək qiymətlərə nəzər saldıq. 

Kənd Təsərüffatı Məhsullarının Satış Yarmarkalarından biri Nərimanov rayonu "Keşlə” bazarının yerində təşkil olunub. Baş çəkdiyimiz yarmarkadakı ərzaqların qiymətlərini sizə təqdim edirik:

Kartof – 70 - 80 qəpik

Soğan 3 kq- 1 AZN

Alma (Palmet) 3 kq- 1 AZN

Alma (Qızıl Əhmədi)- 1,50 AZN

Mandarin- 1,50 AZN

Apelsin-1,50 AZN

Qoz, Fındıq- 6 AZN

Yumurta (Giləzi)- 15 qəpik

Kök- 90 qəpik

Kələm- 40 qəpik

Göyərti 8 dəstəsi- 1 AZN

Nar-1,5 AZN

Kənd toyuğu 1 kq- 5 AZN

Giləzi toyuğu- 3,40 AZN

Qeyd edək ki, 24-31 dekabr  2016-cı il tarixlərində fasiləsiz olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub. Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:

Bakı şəhəri üzrə:

  

Xətai rayonu:

-Məzahir Rüstəmov  küçəsi, Bakı kinoteatrının yaxınlığı 

 

Nərimanov rayonu:

-Keşlə bazarının ərazisi;

 

Səbail rayonu:

-Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

 

Suraxanı rayonu:

-Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı  Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı

 

Binəqədi rayonu :

-Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.

 

Sumqayıt şəhəri üzrə (2 yerdə):

 

 -12-ci mikrorayon

 -köhnə avtovağzalın yanı

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Orxan Muxtarlı

BAKU.WS

  

Oxşar xəbərlər

Yeni ilin ən ucuz bazarlarının ünvanları açıqlandı (SİYAHI)

Yeni ilin ən ucuz bazarlarının ünvanları açıqlandı (SİYAHI)

Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan...

1263 Sosial 12:58 19 dekabr 2016

Son xəbərlər