Nazirdən generalın yerinə YENİ TƏYİNAT
19
yan
2026
11:20
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə yeni rəis müavini təyin edilib.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə daxili xidmət mayoru Yaqub Daşdəmirli gətirilib.
O, bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidməti Dəstəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Yaqub Daşdəmirli bir neçə gün əvvəl təqaüdə göndərilən Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini general-mayor Aqşin Kazımovun yerinə gətirilib.
Fotoda Aqşin Kazımov
Oxşar xəbərlər
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"...
Bakı və Abşeron yarımadasında ictimai nəqliyyatın inkişafı çərçivəsində gələcək tramvay şəbəkəsinin marşrutları müəyyənləşdirilib. BAKU.WS-in məlumatına görə, h...