Nazir məktəb direktorlarına xəbərdarlıq etdi
11
sen
2019
14:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Bütün məktəblərdə tam orta təhsil səviyyəsində təhsilin yüksək səviyyədə təşkil edilməsi əsas hədəflərimizdəndir. Ancaq apardığımız təhlillər zamanı fərqli mənzərə görürük".BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.Nazir qeyd edib ki, təhsili yüksək səviyyədə təşkil edə bilməyən məktəblər də var: "Bəzi məktəblərdə arxayınçılıq var ki, məzunlar əlavə hazırlıq hesabına buraxılış və qəbul imtahanlarına müstəqil şəkildə hazırlaşa bilərlər. Artıq bu işdə köklü bir yanaşmanın və dəyişikliyin edilməsinin zamanı yetişib. Çünki bu gün məktəb rəhbərlərinin, yerli təhsil idarəetmə orqanları rəhbərlərinin əllərində olan alətlərin sayı qanunvericiliyə edilən dəyişiklik nəticəsində son bir neçə il ərzində xeyli artıb".C.Bayramov bildirib ki, bu gün şagirdlərin meyl və maraqları hesabına təmayül siniflərinin yaradılması imkanları var: "Eyni zamanda onların təhsillərinin növbəti pilləsində seçdikləri ixtisas üzrə ixtisasa uyğun olmayan fənlərin sayının azaldılması və ya keçirilməməsi məhz şagirdlərin maraqlarına uyğun fənlərin keçirilməsi imkanları mövcuddur".
Oxşar xəbərlər
Ceyhun Bayramov: "6 təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb"
"Bu il ərzində işdə yol verdikləri nöqsanlara görə 6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib".B...