Ceyhun Bayramov: "6 təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb"

Ceyhun Bayramov: 6 təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb
Sosial 487
"Bu il ərzində işdə yol verdikləri nöqsanlara görə 6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib".BAKU.WS xəbər verir ki, bu barədə hsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.Onun sözlərinə görə, təhsil sistemində hər şeyin elektron qaydada aparılması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqini tapıb.C.Bayramov əlavə edib ki, bu il ərzində işlərinə yol verdikləri nöqsanlarına görə 6 rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb.Eyni zamanda, 10 nəfər rayon təhsil şöbəsinin rəhbəri və 3 nəfər ərazi maliyyə hesablaşma mərkəzinin rəhbəri barəsində işlərində verdiyi nöqsana görə intizam tədbirləri tədbiq edilib.Bununla yanaşı, 8 nəfər məktəb direktoru, 6 nəfər direktor müavininin əmək müqaviləsinə xitam verilib, 29 nəfər direktor və 37 nəfər direktor müavini barəsində intizam tədbirləri tədbiq edilib.C.Bayramov deyib ki, 80 nəfər məktəb direktorunun əmək müqaviləsinin uzadılmaması barədə qərar qəbul edilib.Buna səbəb onların nəticələrinin davamlı şəkildə aşağı olmasıdır:"7 hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələrə ciddi yanaşmalıyıq. Bu nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar".

Oxşar xəbərlər

Son xəbərlər