Təhsil naziri Ceyhun Bayramov: "5000-dən çox müəllim 1000 manatdan yuxarı maaş alır"
11
sen
2019
11:33
"Son artımdan sonra 5000-dən çox müəllimin əməkhaqqı 1000 manatdan yuxarı olub".BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.O xatırladıb ki, ötən müddətdə 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib:"Onların dərs yükü norması 1,5 dəfə, əmək haqqları 2 dəfə artırılıb. Təhsil sistemində əmək haqqının artımı davamlı və sistemli xarakter daşıyır. Bu il iyunun 18-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ümumtəhsil sistemində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqqı növbəti dəfə - 1 sentyabr 2019-cu ildən 20 faiz artırılıb.Bu artım da nəzərə alınmaqla təhsil sistemində orta əmək haqqı 600 manatı keçib. Eyni zamanda ümumtəhsil sistemində çalışan 5000-dən çox müəllimin bu artımdan sonra maaşı 1000 manatdan çox təşkil edir".
Oxşar xəbərlər
260 minə yaxın təhsil işçisininin maaşı artacaq
Heç bir cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Ona görə də təhsil işçilərinin əməkhaqqının artırılmsı və onların sosial müdafiəsi davamlı xarakter daşıyır. Bu s...