Prezidentin maaşları artırması ilə bağlı RƏSMİ AÇIQLAMA
01
mar
2018
12:39
Təhsil Nazirliyi Prezidentin sərəncamı ilə əməkhaqları artırılan təhsil işçilərinin sayını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 28 fevral 2018-ci il tarixli sərəncamı orta hesabla 240 min təhsil işçisinə şamil edilir.Qeyd edək ki, sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.Xatırladaq ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, diaqnostik qiymətləndirilmədən keçən bütün müəllimlərin əməkhaqları artırılıb.BAKU.WS
Oxşar xəbərlər
Elmi müəssisələrdə çalışan işçilərin əməkhaqları artırıldı
Azərbaycan prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sər...