Nazir müəllimlərin maaş artımından danışdı

Nazir müəllimlərin maaş artımından danışdı
Sosial 638
“Müəllimlərin maaşlarının artırılması ölkədə təhsilin inkişafına, keyfiyyətin yüksəldilməsinə təkan verərək müəllimləri daha əzmlə fəaliyyət göstərməyə ruhlandıracaq”.BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.Nazir bildirib ki, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb, Prezidentin 18 iyun 2019-cu il tarixli sərəncamına əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb və beləliklə, onların orta aylıq əməkhaqqı 600 manatı ötəcək.C.Bayramov əlavə edib ki, peşə təhsili də daxil olmaqla bu tədbirlər ümumilikdə 160 minədək müəllimi əhatə edib: “Bu qərarlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilib”.Nazir vurğulayıb ki, son illərdə peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə 24 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılıb, mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinə və əməkhaqqının artırılmasına başlanmış, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb: "Məzmunun əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində beynəlxalq təcrübə nəzərə alınmaqla peşə təhsilinin yeni dövlət standartları təsdiq edilib, nəticəyönümlü təhsil proqramları (kurikulumlar), yeni dərsliklər və tədris vəsaitləri hazırlanıb. Beynəlxalq təşkilatlarla birlikdə layihələrin icrasına başlanılıb".

Oxşar xəbərlər

Müəllimlər nə qədər maaş alacaq?

Müəllimlər nə qədər maaş alacaq?

Prezident İlham Əliyevin ötən gün imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllim...

2980 İqtisadiyyat 11:16 19 iyun 2019

Son xəbərlər