Buraxılış imtahanlarında ən yaxşı və ən pis nəticə göstərən məktəblərin ADLARI
12
sen
2018
18:59
"Buraxılış imtahanlarının nəticələrinə görə 4 il ərzində məktəblərin irəliləməsi və gerilələməsi rayonlar üzrə təhlil edilib".Bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında deyib.O bildirib ki, şagirdlərin imtahan nəticələrinə əsasən, Bakının Səbail, Xətai, Nəsimi rayonlarının məktəbləri ilk üçlükdə, Xəzər, Pirallahı və Qaradağ rayonlarının məktəbləri isə son üçlükdədir.M.Vəliyeva vurğulayıb ki, əvvəlki tədris ili ilə müqayisədə 2017/2018-tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət alanların sayı 0.54 % azalıb, müvəffəq qiymət alanların sayı isə 2.16 faiz artıb.Nazir müavini əlavə edib ki, hazırda BŞTİ-nin tabeliyində 317 orta məktəb var: "2017-2018-ci tədris ili ilə müqayisədə bu tədris ilində müəllimlərin sayı 0,3 %, şagirdlərin sayı 4, 5 faiz artıb. Bakıdakı şagirdlərin 83 faizi Azərbaycan, 17 faizi rus bölməsi üzrə təhsil alır".BAKU.WS
Oxşar xəbərlər
Nazir müavini: "20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işdən çıxarılıb"
"Ötən tədris ilində 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib"."Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İd...