Təhsil naziri: "Orta məktəblərdə dinin tədrisi nəzərdə tutulmayıb"

Təhsil naziri: Orta məktəblərdə dinin tədrisi nəzərdə tutulmayıb
Sosial 745
"Azərbaycanın orta məktəblərində dinlə bağlı yeni fənnin tədrisi nəzərdə tutulmayıb".BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.Nazir bildirib ki, Azərbaycanın təhsil standartları qanunvericiliyinə əsasən, orta məktəblərdə din fənninin tədrisi nəzərdə tutulmayıb:"Şagirdlərin yaş kateqoriyalarına uyğun olaraq müxtəlif fənlərdə bu sahəyə aid bilgilərin verilməsi dini tədrisi deyil. Müxtəlif dinlərlə bağlı məlumatlar verilir. Dinlə bağlı bəzi məlumatlara həm tarix, həm də "Həyat bilgisi" dərsliyində rast gəlmək mümkündür".C.Bayramov qeyd edib ki, burada yenilik yoxdur: "2018-ci ildən etibarən yeni kurikulum sistemi tədris edilən müddətdən dinlə bağlı bilgilər yuxarıda adları sadalanan dərsliklərdə verilir".

Oxşar xəbərlər

Dini dərsliklərlə bağlı rəsmi AÇIQLAMA

Dini dərsliklərlə bağlı rəsmi AÇIQLAMA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının söylədiyi fikirlər barədə çoxsaylı jurnalist sorğularının daxil olduğunu nəzər alaraq Dövlə...

625 Sosial 23:25 29 aprel 2019

Son xəbərlər