Dini dərsliklərlə bağlı rəsmi AÇIQLAMA
29
apr
2019
23:25
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının söylədiyi fikirlər barədə çoxsaylı jurnalist sorğularının daxil olduğunu nəzər alaraq Dövlət komitəsi açıqlama verib. Komitənin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yeni tədris ilindən etibarən ali təhsil ocaqlarında “Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunacaq. “Əslində bu fənn 2015-ci ildən ali məktəblərdə seçmə fənn kimi tədris edilirdi. Lakin indi bu fənnlə bağlı ciddi dəyişikliklər baş verəcək.Bu fənnin tədrisi üçün dərslik vəsaiti Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin rəhbərliyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırlanır.Dərs vəsaiti üzərində işlər davam edir. Dərslik iki hissədən ibarətdir: multikulturalizm bölməsi və dinlər, dini durum, milli-mənəvi dəyərlərimiz və s. mövzuları əhatə edən digər bölmə”, - deyə açıqlamada bildirilib. Qurumdan verilən məlumata görə, fənnin tədrisində əsas məqsədlər tələbələrə bütün dinlər, xüsusilə İslam dini barədə məlumat vermək, dini radikalizm, radikal dini cərəyanlar, onların təbliğat metodları, milli-mənəvi dəyərlərimiz, onların qorunmasının zəruriliyidir. “Orta məktəblərə gəlincə, böyüməkdə olan nəslin milli-mənəvi dəyərlərimizə uyğun formalaşması istiqamətində bütün zəruri tədbirlər görülür. Eyni zamanda neçə illərdir ki, orta məktəblərdə “Həyat bilgisi” adlı fənn tədris olunur. Bu fənn çərçivəsində şagirdlərə dinlərlə bağlı məlumatlar da verilir.Hazırda “Həyat bilgisi” fənninin proqramında dinlər haqqında məlumatların genişləndirilməsi məqsədilə işlər görülür. Bu sahənin təkmilləşdirilməsi istiqamətində gələcəkdə də işlər davam etdiriləcəkdir”, - deyə, açığlamada bildirilib.
Oxşar xəbərlər
Prezident Administrasiyasından VACİB AÇIQLAMA
Azərbaycanda ayrı-ayrı şəxslərin radikal düşüncələri ola bilər. Amma Azərbaycanda kütləvi halda dini radikalizm yoxdur. Buna yalnız cəhdlər edilir.Trend-in məlu...