Naxçıvanda rekord göstərici - Heç kimin borcu yoxdur
07
sen
2017
11:03
Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 2017-ci ilin avqust ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.BAKU.WS azvision.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda elektrik enerjisi ödənişi 100 % və daha artıq nəticə ilə yerinə yetirilib. Açıqlanan statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin elektrik enerjisi borcu qeydə alınmayıb.Qeyd olunub ki, avqust ayında texniki itki nəzərə alınmaqla daxil olan 43 milyon 245 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 633 min 800 manat olub, cəmi 3 milyon 634 min 300 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanla Gürcüstan arasında elektrik enerjisinin idxal-ixracı dayandırılıb
Gürcüstan mayın 17-dən etibarən Rusiyaya elektrik enerjisi ixrac etməyə başlayıb. "APA-Economics” "Georgia Inform” portalına istinadən xəbər verir ki, bu barədə...