Naxçıvanda daha bir kafenin fəaliyyəti məhdudlaşdırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan şəhərində fəaliyyət göstərən Sənan Vəli oğlu Piriyevə məxsus kafedə ciddi nöqsanlar tapılıb.
Bu barədə Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, kafedə gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, tavan və döşəmənin tamlığının pozulduğu aşkarlanıb.
Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Bakıda bəzi ərazilərdə söküntüyə hazırlıq gedir: Kompensasiya məsələsinə aydınlıq gətirildi
Bakının Binəqədi rayonunun 7-ci mikrorayonunda, Bakı Qars küçəsinin ətrafında yerləşən yolkənarı obyektlərin nömrələnməsi ərazidə söküntü işlərinin aparılacağı...