Naxçıvana uçuşlar nə vaxt mümkün olacaq? - RƏSMİ CAVAB
"Daxili uçuşların yaxın günlərdə qeyd etdiyimiz kimi bərpa olunması gündəmdədir".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O əlavə edib ki, hava nəqliyyatında uçuşları tənzimləyən metodik göstərişlər tərəfimizdən hazırlanaraq göndərilib və təsdiqlənib:
"Təbii ki, bu, Operativ Qərargah və hava nəqliyyatı sahəsindəki qurumlar tərəfindən birgə hazırlanıb. Daxili uçuşlar zamanı, xüsusilə Gəncə və Naxçıvanla bağlı laboratoriya analizlərin keçirilməsi ilə bağlı məsələlər. Bəzi müzakirəsi tamamlanmamış məsələlər qalıb. Bu barədə qısa müddət ərzində məlumat veriləcək".
Oxşar xəbərlər
Şənbə və bazar günləri əhali necə dərman əldə edə bilər? - RƏSMİ CAVAB
"Apteklərin bağlanması ilə bağlı onu qeyd edə bilərik ki, vətəndaşlar bu günlərdə öz zəruri dərman ehtiyaclarını və xəstəliklərini bilirlər. Bununla əlaqədar in...