Azərbaycanda koronavirusa yoluxmanın ən yüksək olduğu rayonların adı açıqlandı - SİYAHI
"Epidemioloji göstəricilərə əsasən, birinci klastra aid etmədiyimiz, amma yoluxmanı yüksək qiymətləndirdiyimiz bölgələr var ki, orada xüsusilə əks epidemik rejimə ciddi əməl olunmalıdır".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O əlavə edib ki, yenə Gəncə şəhərində bu proses davam edir: "Birinci klastra aid etmişik. Bakı şəhəri, Lənkəran rayonu, Səlyan rayonu, Yevlax rayonu, Neftçala rayonu, Sumqayıt şəhəri, Füzuli rayonu, Cəlilabad, Kürdəmir rayonu, Samux rayonu, Abşeron rayonu, Ağstafa rayonu və Göyçay - bu ərazilərdə yoluxma halları da yüksək olmuşdur".
Oxşar xəbərlər
Operativ Qərargah karantin rejiminin uzadılıb-uzadılmayacağı ilə bağlı qərarını açıqladı - VİDEO
"Operativ Qərargahın ümumi rəy bundan ibarətdir ki, yaranmış situasiya Azərbaycanda karantin rejiminin sərtləşdirilməsinə əsas vermir". BAKU.WS xəbər verir ki,...