Müştərilərin Audi Servis barədə təəssüratları (VİDEO)

Müştərilərin Audi Servis barədə təəssüratları (VİDEO)
Video
Sosial 1617
İstənilən marka öz məhsulun satışına çox diqqətlə yanaşır, amma hər marka satış prosesi bitdikdən sonra öz müştərisinin sədaqətini qazana bilmir.Müştərini bir avtomobil brendinə bağlayan sırf ona və avtomobilinə göstərilən xidmət və qayğıdır. Buna riayət edən Audi-nin Azərbaycandakı təmsilçiləri alman mütəxəssisləri ilə birgə yeni avtosalon inşa etməklə yanaşı servis mərkəzini də tam olaraq yenilədilər. İşçilər üçün keçirilən təlimlər, yeni xarici avadanlıq, işçilər və müştərilər üçün yaradılan şərait və s. kimi amillər işin və xidmətin səviyyəsinə çox müsbət təsir göstərdilər. Xaricdən alınan xüsusi avadanlıqlar sayəsində, avtomobilinizə dəqiq diaqnozun verilməsinə və düzgün “müalicə" olunmasına peşəkar servis mütəxəssislər zəmanət verirlər. Üstəlik müştərilərin rahatlığı üçün yaradılan gözləmə otağında müştəri pulsuz internet və kompyuter xidmətlərindən istifadə edərək, vaxtını səmərəli keçirə bilər. Həmçinin müştəri pulsuz çay / kofe xidmətindən istifadə edərək rahat şəkildə gözləmə otağından öz maşınına şüşə divardan baxa bilər.Servis prosesi qısa videoda detallı göstərilib. Buyurun, izləyin.

Son xəbərlər