Bakı Audi Mərkəzi: "Müştərinin iddiası tam əsassızdır"
Elza Səmədova adlı şəxs Audi Bakı Mərkəzindən 46 000 AZN ödəyərək aldığı Audi marka Q5 avtomobilinin qüsurlu olduğunu iddia edir.
BAKU.WS xəbər verir ki, müştəri Audi Bakı Mərkəzinin ona istehsal problemi olan avtomobil satdığını iddia edərək Azad İstehlakçılar Birliyinə hüquqlarının bərpa edilməsi üçün müraciət edib. Səmədova bildirib ki, 2014 cü il aprel ayının 30-u Audi Bakı Mərkəzindən aldığı avtomobilə verilən 2 illik zəmanət müddəti bitdikdən sonra müəyyən problemlər ortaya çıxıb.
Müştərinin sözlərinə görə, dəfələrlə maşın hərəkətdə olarkən mühərrik anidən titrəyərək sönüb və kəskin yanacaq qoxusu mühərrik hissəsindən salona daxil olub. Bu hadisədən sonra sürücü avtomobilini Audi servis mərkəzinə apardığını qeyd edib. Mərkəzdən avtomobilin təmiri üçün müəyyən güzəştlər edilsə də müştəri özü də əlavə ödənişlər edib.
Elza Səmədova birliyə müraciə edərək avtomobilin yenisi ilə dəyişdirilməsini və ona dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.
Yaranan problemlə bağlı Audi Bakı Mərkəzinin İcraçı direktoru Əhədov Əli açıqlama verib.
İcraçı direktor bildirib ki, avtomobildə yaranan problem benzinin keyfiyyətsizliyindən qaynaqlanır.
"Avtomobildə yaranan problemə səbəb benzinin keyfiyyətsizliyi və idarə edilmə tərzidir. 3 silindirin farsunkası başqa-başqa vaxtlarda sıradan çıxıb. Bir dəfə dəyişdirilib və maşın sahibi ödəniş edib. Növbəti dəfə güzəşt edilərək materialın pulu sürücüdən alınmayıb sadəcə işçinin pulu ödənilib. Daha bir müraciətdə isə maşın sahibindən heç bir məbləğ alınmayıb. Daha sonra isə müştəri bizim şərtləri pozaraq başqa bir servisə müraciət edərək avtomobili "Turbo ekspers”də təmir etdirib. Biz yenədə həmin sürücüyə dəfələrlə güzəşt edərək əlimizdən gələn köməkliyi göstərmişik. Hətta əməkdaşlarımız avtomobili test edib, yoxlamadan keçirmək üçün xanım sürücünün ünvanına gediblər.
Sürücü iddia edir ki, yanıq iyin onun səhhətində müəyyən problemlər yaradıb. Bildirmək istərdim ki, silindirdə baş verən tüstüləmə avtomobilin içinə daxil olmur. Həmin şəxs sadəcə məlumatları təhrif edərək özünə sərf edən şəkildə yaymağa çalışır. Yanacaqdoldurma məntəqələrində benzinin keyfiyyəti aşağıdırsa bunun avtomobil şirkətinə adiyyatı yoxdur. Biz sadəcə avtomobili satanda bildiririk ki, avtomobilə ən yaxşı benzin tökülməlidir. Daha sonra isə Azad İstehlakçılar Biriliyindən bizə müraciət etdilər. Həmin şəxs iddia edir ki, avtomobil xarabdır və dəyişdirilməlidir. Kim onu əmin edə bilər ki, maşın xarabdır. Sözügedən avtomobildə heç bir istehsal problemi olmayıb. Yaranan nasazlıq benzinin keyfiyyətsizliyindən qaynaqlanır. Maşın iki il idarə edilib və bütün bu problemlər sonradan ortaya çıxıb. Əgər avtomobildə istehsalat problemi olsaydı problem qısa müddətdə ortaya çıxardı. Biz onlara rəsmi şəkildə müraciət etmələrini məsləhət gördük. Həmin şəxs rəsmi müraciət etmək əvəzinə bunu Kütləvi İnformasiya vasitələrində yaymağa başlayıb. Müştərinin iddiası tam əsasszızdır”.
Aynur Ələkbər
BAKU.WS
Oxşar xəbərlər
Audi Q7 Şahdağı fəth etdi (VIDEO)
Audi şirkəti "quattro” tam çəkim sistemini Azərbaycanda sınaqdan keçirib. BAKU.WS-in məlumatına görə, Audi avtomobilləri üçün təqdim olunan "quattro” tam çəki...