Müştərilərə bazarda "yaş" adı ilə suya salınmış qoz satılır?

Masazır kəndində yerləşən marketlərdən birində alıcılar iddia edirlər ki, çəkisi ağır gəlsin deyə qozlar əvvəlcədən suya salınaraq satışa çıxarılır.
Baku TV məsələni araşdırmaq üçün sözügedən marketə üz tutub. Marketin məsul şəxsi iddiaları təkzib edərək bildirib ki, qozlar suya salınmır, satışa bu şəkildə gəlir.
Satıcıların sözlərinə görə, yaş qozla suya salınmış qozu ayırd etməyin sadə üsulları var.
Belə ki, suya salınmış qozun qabığı parlaq olur və bir müddət sonra kənarları göyərir.
"Qozun üstündəki yaşıl qabığı çıxartmaq üçün zavodda üzərinə su vurulur. Rayondan bura gətirilənə qədər qoz quruyur, amma bəzi satıcılar qozu axşamdan suda saxlayırlar. Bu zaman su qozun içinə dolur və çəkisi artır. Belə qoz daha yumşaq və dadlı olur. Alıcılar da ən çox buna üstünlük verirlər. Amma suda saxlanılan qozlar orqanizm üçün zərərlidir", - deyə satıcılardan biri qeyd edib.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, yaş qozlar təxminən bir ay əvvəl bazarlarda satışa çıxarılıb və əksəriyyəti xaricdən gətirilir:
"Bu qozlar çəkisinin ağır gəlməsi üçün suya salınır. Quru qozla müqayisədə təxminən 50 faiz daha ağır olur. Əhali bu növü üstün tutur. Lakin düzgün şəraitdə saxlanılmadıqda, bu qozlar kiflənərək mədə-bağırsaq problemlərinə səbəb ola bilər".
Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, əsl yaş qozun içi qabığından fərqli olaraq quru olur. Buna görə də alıcılar məhsulu alarkən diqqətli olmalıdırlar.
Ətraflı videomaterialda:
Oxşar xəbərlər
Pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA
"Pensiya ödənişlərinin paxytaxt, iri şəhərlər və rayonlar üzrə eyni vaxtda həyata keçirilməsini təklif edirik. Nəzərə almaq lazımdır ki, bəzi pensiyaçılarımızın...
