Müşfiq Abbasov Qurban Qurbanovun tənqid edilməsinə münasibət bildirdi: "Boş söhbətdir"
"Bu şəhərdə" komandasının Heydər Əliyev Sarayında baş tutan "Ev Dar" adlı konsertində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla bağlı səhnə sosial şəbəkələrdə müzakirələrə səbəb olub və birmənalı qarşılanmayıb.
BAKU.WS xəbər verir ki, "Bu şəhərdə" komandasının prodüseri Müşfiq Abbasov "Teleqraf"a açıqlamasında məsələyə münasibət bildirib:
"Bu, Qurban Qurbanovla bağlı səhnəni tənqid edənlərin öz problemidir. İndiyə qədər verdiyimiz 400-ə yaxın konsertdə Aygün Kazımovanı beş dəfə, Röya Ayxanı bir neçə dəfə parodiya etmişik. Başqa məşhurları yalnız bir dəfə parodiya edirik. Öncə Qurban Qurbanovun səhnəsinə tam baxıb, sonra fikir bildirsinlər.
Çəkilişə icazə verilmədiyi halda çəkiliş edib paylaşmaqla bizim haqqımıza giriblər. Ümumi konsertin tam versiyası hazır olandan sonra onu Qurban Qurbanova göstərmək və sual ünvanlamaq lazımdır ki, necədir? Xoşuna gələ də bilər, gəlməyə də. Bizi boşuna tənqid edirlər, boş söhbətlərdir".
Qeyd edək ki, "Bu şəhərdə" komandası noyabrın 14 və 15-də ikigünlük konsert proqramı ilə çıxış edib.
Oxşar xəbərlər
Bu il intizamsızlığa görə 17 sürücü işdən azad edilib - RƏSMİ AÇIQLAMA
Hazırda "BakuBus" MMC-də 3 047 nəfər sürücü fəaliyyət göstərir. BAKU.WS xəbər verir ki, bu barədə trend-in sorğusuna cavab olaraq "BakuBus" MMC-dən bildirib. Bi...