Müəllimlərin işə qəbulu üzrə müsahibənin apellyasiya nəticələri elan olunub

Müəllimlərin işə qəbulu üzrə müsahibənin apellyasiya nəticələri elan olunub
Sosial 54

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

BAKU.WS xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resusları Mərkəzi məlumat yayıb.

Müsahibələrdə uğur qazanan namizədlər 12 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Oxşar xəbərlər

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Daha bir YENİLİK OLACAQ

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Daha bir YENİLİK OLACAQ

Metroda eskalatorların fasiləsiz işləməsi üçün həm texniki baxışların vaxtında aparılması, həm də avadanlığın yenilənməsi vacibdir. BAKU.WS xəbər verir ki, mütə...

359 Sosial 20:38 09 sentyabr 2025

Son xəbərlər