Müəllimlərin işə qəbulu müsabiqəsi ödənişli olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqələrdə iştirak artıq ödənişli olacaq.
BAKU.WS xəbər verir ki, bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişikliklər təklif olunub və layihə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirə edilib.
Dəyişikliyə əsasən, ödəniş yalnız müəyyən kateqoriyalara aid edilməyəcək. Belə ki, ilk dəfə imtahanda iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı sosial yardım alan ailələrin üzvləri, şəhid ailələri və ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirakına görə "Müharibə veteranı" adı verilən şəxslər bu tələbdən azad olunacaq.
Layihənin məqsədi dövlət büdcəsinə qənaət etmək və imtahanda iştirak edənlərin məsuliyyətini artırmaqdır.
Oxşar xəbərlər
Bu məktəblər TƏMİR OLUNACAQ - 5,2 milyon manat ayrıldı
Azərbaycanda bir sıra təhsil müəssisələrində, eləcə də müvafiq inzibati binada təmir və kommunal-kommunikasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulur. BA...