Müəllimlər Günü üçün 30 manat yığılır? - Şagirdlər danışdılar
Valideynlərdən pul yığılması ilə bağlı yeni iddialar ortaya çıxıb.
BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar valideynlərdən pul yığılır. Şikayətçi valideyn iddiaya dair çeklər və pulların köçürüldüyü bank hesabı ilə bağlı məlumatları, həmçinin valideyn komitəsinin səs yazılarını redaksiyaya göndərib.
Məlumata görə, səs yazısında danışan şəxs Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı tam orta məktəbin 7b sinfinin valideyn komitəsinin sədri Aynurə Hümbətovadır. İddiaya əsasən, sinif rəhbəri valideyn komitəsi vasitəsilə hər ailədən 30 manat pul yığılacağını bildirib.
Məsələ ilə bağlı məktəbə müraciət olunub. Valideynlər və müəllimlər iddiaları təkzib etsələr də, bəzi şagirdlər hər valideyndən 30 manat yığıldığını təsdiqləyiblər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Nərimanov rayonu ərazisində yaşayanlar niyə çətin durumda qalıblar?
Bakının Nərimanov rayonunun Rəhim Şıxəliyev küçəsində sakinlərin narazılığına səbəb olan yol problemi hələ də həllini tapmayıb. Belə ki, təxminən bir il əvvəl ə...