Millimizin futbolçusunun anası koronavirusdan öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Amin Seydiyevə ağır itki üz verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 2019/2020 mövsümünü "Qəbələ" klubunda keçirmiş gənc müdafiəçinin anası Şəhla xanım koronavirusdan müalicə aldığı Sabirabad xəstəxanasında bu gün vəfat edib.
Oyunçunun özü isə ondan götürülən analizin nəticəsi neqativ çıxdığı üçün karantinə alınmayıb.
Seydiyev ailənin tək oğludur.
Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Amin Seydiyev yeni mövsümdən "Sabah"da çıxış edəcək.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...