Koronavirusun öldürdüyü 22 yaşlı Amin Salayevin FOTOları - YENİLƏNİB

Koronavirusun öldürdüyü 22 yaşlı Amin Salayevin FOTOları - YENİLƏNİB
Sosial 1813

İsveçdə koronavirusdan ölən Amin Salayevin meyiti hələ ailəsinə təhvil verilməyib.

Mərhumun atası Etibar Salayev BAKU.WS-ə açıqlamasında bir sutkadan artıqdır vəfat edən övladığının meyitinin onlara verilmədiyini bildirdi:

"Bu barədə danışmaq mənim üçün çox ağırdır. Oğlum 29 saat əvvəl vəfat edib, hələ ki meyitini verməyiblər. Elə indi ora gedirəm. Bu gün aydın olacaq, nə vaxt meyitini verəcəklər. Ondan sonra prosedurlara başlayacağıq. Harada və necə dəfn edəcəyimizi dəqiqləşdirməmişik.

Sözə qulaq asan uşaq idi. Universitetin axırıncı kursunda oxuyurdu, diplomat olacaqdı. Altı aydan sonra bitirəcəkdi, qismət olmadı. Böyük dərddir (ağlayır). Maraqlandığınız üçün çox sağ olun".

Koronavirusun öldürdüyü 22 yaşlı Amin Salayevin FOTOları - YENİLƏNİB
09:14:44

İsveçdə azərbaycanlı gənc koronavirusdan vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand məlumat yayıb.

Onun sözlərinə görə, vəfat edən şəxs 22 yaşlı Salayev Amin Etibar oğlu İsveçdə universitetin sonuncu kurs tələbəsi idi. Virusa yoluxduqdan sonra vəziyyəti ağırlaşıb və xəstəxanaya yerləşdirilib. Amin bir aya yaxın xəstəxanada qalsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Nadir Hollenbrand bildirir ki, İsveçdə karantin rejimi tətbiq edilmədiyindən xəstələrin və ölülərin sayı günü-gündən çoxalır. Küçəyə çıxmaq təhlükəlidir.

Fotolar Qafqazifo-ya məxsusdur.

Koronavirusun öldürdüyü 22 yaşlı Amin Salayevin FOTOları - YENİLƏNİB

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər